Ermənistanın Baş naziri Nikol Paşinyan deyib ki, rəhbərlik etdiyi partiya 2026-cı ildə keçiriləcək parlament seçkilərində növbəti dəfə qələbə qazanacaq. O, buna əmin olduğunu bildirib.
NOCOMMENT.az News24.az-a istinadən xəbər verir ki, Nikol Paşinyan bu barədə Strasburqda jurnalistlərə açıqlamasında bildirib.
“Dediklərimi sözgəlişi demirəm. Tam əminəm ki, 2026-cı il parlament seçkilərində xalq Ermənistanı idarə etmək üçün bizə verilən mandatı uzadacaq. Çünki bizim həyata keçirdiyimiz sülh gündəliyinin və siyasətin müəllifləri xalqdır”, – deyə Baş nazir vurğulayıb.