“Cinemedia” MMC Kino Agentliyindən 43 min manatlıq müqavilə aldı
Azərbaycan Respublikasının Kino Agentliyi publik hüquqi şəxsi ilə “Cinemedia” Məhdud Məsuliyyətli Cəmiyyəti arasında 43.365 manat dəyərində müqavilə imzalanıb.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, müqavilə “2025-ci il üzrə filmlərə dəstək müsabiqəsi” çərçivəsində post-prodakşn (post-production) mərhələsində olan filmlərlə bağlı xidmətləri əhatə edir.
“Cinemedia” MMC-nin nizamnamə kapitalı cəmi 50 manat təşkil edir. Qanuni təmsilçisi rejissor Ayşad Səfərəliyev Elşən oğludur.
Layihənin dəqiq məzmunu və hansı film(lər)ə aid olduğu barədə əlavə məlumat açıqlanmayıb.