“Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi” publik hüquqi şəxsi (ANAMA) xüsusi təyinatlı tibbi yardım nəqliyyat vasitələrinin satın alınması məqsədilə tender elanı verib.
NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki,söhbət pikap tipli xüsusi təyinatlı tibbi yardım nəqliyyat vasitələrinin alınmasından gedir. Bu texnika mina və partlayıcıların zərərsizləşdirilməsi prosesində mümkün xəsarət hallarına operativ tibbi müdaxilə imkanları yaratmaq məqsədi daşıyır.
Satınalmanın ehtimal olunan qiyməti 2.360.000 (iki milyon üç yüz altmış min) manat olaraq müəyyən edilib.
Hazırda satınalma prosesi davam edir və qalib şirkət hələ açıqlanmayıb. Müqavilənin icrası nəticəsində ANAMA-nın əməliyyat imkanlarının daha da genişlənəcəyi və təhlükəli ərazilərdə təhlükəsizlik standartlarının yüksəldiləcəyi gözlənilir.