Qaliblər: Qrant alanlar sırasında deputat, keçmiş nazir, telejurnalist – SİYAHIbackend

Qaliblər: Qrant alanlar sırasında deputat, keçmiş nazir, telejurnalist – SİYAHI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi “Şuşa İli”nə həsr olunmuş xüsusi müsabiqənin nəticələrini açıqlayıb.

NOCOMMENT xəbər verir ki, qaliblərin adları QHT Agentliyinin bu gün Şuşada təşkil etdiyi tədbridə elan olunub.

Bildirilib ki, qrant müsabiqəsinə 8 istiqamət üzrə 227 layihə təqdim olunub. Onlardan 22 QHT layihəsinin maliyyələşdirilməsi haqqında qərar qəbul edilib.

Agentliyin icraçı direktoru Aygün Əliyeva deyib ki, “Şuşa ili”nə həsr olunmuş müsabiqənin qalib layihələrin icrası diqqət mərkəzində saxlanılacaq.

Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin sektor müdiri Vüsal Quliyev qalib gələn təşkilatları təbrik edib, Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada müxtəlif layihələrin gerçəkləşdirilməsinin olduqca əhəmiyyətli olduğunu qeyd edib.

Şuşa şəhəri Dövlət Qoruğu İdarəsi İdarə Heyətinin sədri Məftun Abbasov Şuşa şəhərinin təbliği baxımından vətəndaş cəmiyyəti nümayəndələrinə təşəbbüskarlıqlarına görə təşəkkürünü bildirib.

Qeyd edək ki, qrant müsabiqəsinin qalibləri sırasında deputat Ziyad Səmədzadənin, keçmiş maliyyə naziri Fikrət Yusifovun, tanınmış telejurnalist Lalə Azərtaşın sədri olduğu təşkilatlar da var.

NOCOMMENT qaliblərin siyahısını təqdim edir: