QALMAQAL: Afət, Damla, Şəbnəm kimi savadsızlar, dünyagörüşü olmayanlar…backend

QALMAQAL: Afət, Damla, Şəbnəm kimi savadsızlar, dünyagörüşü olmayanlar…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün şou-biznesdə sənəti olmayanlar at oynadır”.

NOCOMMENT xəbər verir ki, bu sözləri moderator.az-a Avropa prodüseri kimi tanınan Sultan Musatafayev deyib.

Prodüser Azərbaycan şou-biznesinin can üstə olduğunu deyərək, gündəmdə olan ifaçıları savadsızlıqda və dünya görüşlərinin olmamasında günahlandırıb: “Afətlər, Damlacıqlar, Şəbnəmciklər, savadsızlar, dünya görüşü olmayanlar gündəmi zəbt ediblər. Bu da ondan irəli gəlir ki, nə qədər ki, biz sənətə, sənətkara qiymət verməyəcəyiksə, belə də davam edəcək. Çünki onların day-daylarının olduğunu hər kəs bilir. Biri çıxıb deyir ki, “mən sənətkaram”, amma halbuki sənəti yoxdur. Kimin pulu var deyir – “mən ağayam”. Bu gün Azərbaycanda dəyərli səntəkralar, gözəl ifaçılara şərait yaratmırlar ki, meydana çıxsınlar.

Amma bir şeyi də unutmayın ki, sənət, savad pulla alınmır. Sənətdə olan bəzi insanlarda bunların heç biri yoxdur. Müğənni o deyil ki, səsi olsun. Müğənninin əxlaqı, tərbiyəsi, savadı, istedadı hamısı yerində olmalıdır. Bizim şou-biznesdə çox problemlər var. Günü gündən də artır. Bizdə Musiqi Şurası olmalıdır. Orada heç bir hörmət, izzət, rüşvət keçməməlidir. Türkiyədə necə varsa, ildə bir dəfə konfransları olur. Mən də müraciət etmişəm onlara. Biz onlardan hələ çox şey öyrənməliyik”.