Qalmaqal alovlandı: “Nə məndən üstün sənətin, nə də qanacağın var”backend

Qalmaqal alovlandı: “Nə məndən üstün sənətin, nə də qanacağın var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vəfa Şərifova və Ülviyyə Namazova arasında yaşanan qalmaqal daha da şiddətlənib.

NOCOMMENT.az AZXEBER.COM-a istinadən xəbər verir ki, Ülviyyə Namazova Vəfanın bu qalmaqalı gərəksiz yerə uzatdığını və artıq bundan narahatlıq duyduğunu bildirib. effektiv edin.”Bu qalmaqal çoxdan olub. İndi gündəmə gətirirlər və balaca bir şeyi böyüdürlər. İstər sosial şəbəkələr, istərsə də Vəfanın özü. Mən onun kimi sosial şəbəkələrə ödəniş edib xəbər paylaşdırmıram. Şükür Allaha elin gözü tərəzidir, göz qabağındayam, pulla tanınmamışam. Məni sevən balaca bir kütləm var, bu da mənə bəsdir”.

Sənətçi Yeni il ərəfəsində yaşadığı daha bir hadisəni də danışıb:

“Bilirsiniz ki, hamımız geyimi eyni mağazalardan götürürük, reklam üçün. Yeni il vaxtı yenə Vəfanın işçiləri mağazaya zəng ediblərki axı biz demişdik ona bizdən öncə paltar verməyin. Mən başa düşmürəm, sənin məndən üstün sənətinmi var? Qanacağın, tərbiyən məndən artıqdır?”.

Xatırldaq ki onlar arasında qalmaqal, dükandan reklam qarşılığında götürdükləri geyim üstündə yaşanmışdı. Vəfa Şərifova mağazalara Ülviyyə Namazovaya paltar verməmələri üçün göstəriş vermişdi.