İkram Həsənovun işlədiyi dövrdə institutda ciddi pozuntular aşkarlandığı da deyilir. Onun adı mətbuatda müxtəlif qalmaqallarda hallanıb.
Teymur Musayevin digər əmri ilə Süleymanov Röyal Süleyman oğlu ADHTİ-nin İnzibati işlər üzrə prorektoru təyin edilib.
Qeyd edək ki, Röyal Süleymanov 2008-ci ildən SOCAR-da müxtəlif vəzifələrdə çalışıb və 2020-ci ildən “Azəriqaz” İstehsalat Birliyində Hüquq şöbəsinin rəisi işləyib.
Bundan əvvəl, institutda Adilə Cəlal qızı Rzayeva Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Təlim-tərbiyə işləri üzrə, Rüfət Akif oğlu Hüseynli isə Beynəlxalq əlaqələr üzrə prorektor təyin olunub.