Qalmaqallı Pelosi seçkidə qalib gəldibackend

Qalmaqallı Pelosi seçkidə qalib gəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Kaliforniya ştatında təkrar seçkilərdə qalib gəlib.

NOCOMMENT modern-ə istinadən xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

O, 82% səslə respublikaçı rəqibi Con Dennisi qabaqlayıb. Lakin Respublikaçılar Nümayəndələr Palatasında yerlərin əksəriyyətini qazansalar, spiker partiyanın nümayəndələri arasından təyin ediləcək.

CNN-in onlayn seçki nəticələri tablosuna əsasən, respublikaçılar seçkilərdə öndədirlər (193 Respublikaçı namizəd, 170 demokrata qarşı).

Qeyd edək ki, Nensi Pelosi 1987-ci ildən Nümayəndələr Palatasının üzvüdür. O, 2019-cu ildən ABŞ Konqresinin Nümayəndələr Palatasının sədridir.