Qalmaqallı toyda iştirak edən daha bir deputat vəzifəsindən istefa verdi – FOTObackend

Qalmaqallı toyda iştirak edən daha bir deputat vəzifəsindən istefa verdi – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Milli Məclisin Elm və təhsil komitəsinin sədri Bəxtiyar Əliyev Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri vəzifəsindən azad edilib.

NOCOMMENT pravda.az-a oistinadən xəbər verir ki, B.Əliyev öz istəyi ilə işdən çıxıb. Bildirilib ki, o, BDU-da heç bir vəzifə daşımır.

B.Əliyev 1997-ci ildən Psixologiya kafedrasının müdiri olub. Hazırda kafedranın müdiri vəzifəsi psixologiya üzrə elmlər doktoru, professor Elnarə Şəfiyevaya həvalə edilib. E.Şəfiyeva 1993-97-ci illərdə BDU-nun psixologiya kafedrasında baş müəllim, 1997-2013-cü illərdə dosent olub və 2013-cü ildən professor vəzifəsində çalışıb.

Xatırladaq ki, Bəxtiyarın Əliyevin də Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toyunda iştirak etdiyi bildirilirdi. Amma o, açıqlamasında yazılanların həqiqətəuyğun olmadığını demişdi.