Qalstanyan Azərbaycanla sərhəddə aksiyalar keçirəcəkbackend

Qalstanyan Azərbaycanla sərhəddə aksiyalar keçirəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın “Vətən uğrunda” hərəkatının üzvləri Azərbaycanla həmsərhəd bölgələrdə aksiyalar keçirəcəklər.

NOCOMMENT.az bakupost.az-a istinadən xəbər verir ki, bu barədə bu gün İrəvandakı Surb Anna kilsəsinin həyətində aksiya keçirən arxiyepiskop Baqrat Qalstanyan bildirib.

O, sabah Vardenisə gedəcəklərini və mitinq keçirəcəklərini açıqlayıb.

“Saat 18.00-da Sotkda mitinqimiz var. Mən onun Sotkda olmasını istəyirəm, çünki sərhəd oradan birbaşa görünür”, – deyə Qalstanyan deyib.

Arxiyepiskop yaxın vaxtlarda Süniki ziyarət edəcəklərini də deyib.