Qaluzin Ankarada Bakı-İrəvan əlaqələrini müzakirə etdibackend

Qaluzin Ankarada Bakı-İrəvan əlaqələrini müzakirə etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin Ankarada türkiyəli vəzifədaşı Burak Akçaparla Ukraynadakı münaqişənin diplomatik həlli və Cənubi Qafqazdakı vəziyyət mövzularında məsləhətləşmələr aparıb.

NOCONMENT.az yenisabah.az-a istinadən xəbər verir ki, bu barədə Rusiya XİN məlumat yayıb.

“Ukrayna böhranı mövzusu, o cümlədən onun siyasi və diplomatik həlli perspektivləri müzakirə edilib. Bu kontekstdə ABŞ başda olmaqla, kollektiv Qərb Kiyev rejimini silahla gücləndirməyi dayandırmalı, Ukrayna rəhbərliyinin Rusiya ilə danışıqlara qoyduğu özünəqadağa aradan qaldırmalıdır”, – deyə XİN-in məlumatında vurğulanıb.

Tərəflər Cənubi Qafqazdakı vəziyyətlə bağlı öz fikirlərini müqayisə edib, “Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması prosesinin vacibliyini vurğulayıb və bunu ilk növbədə regional formatlar çərçivəsində təşviq ediblər”.

“Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyətə qiymətlər verilib.