Qamburgerin içindən insan barmağı çıxdıbackend

Qamburgerin içindən insan barmağı çıxdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Boliviyanın Santa Cruz de la Sierra şəhərində qadının yediyi qamburgerdə ​​insan barmağı tapılıb.

NOCOMMENT.az xarici mediaya istinadən xəbər verir ki, Boliviyalı gənc Estefani Benitez sosial media hesabında yeməyində insan barmağı tapıldıqdan sonra şikayət etdiyini, lakin onun şikayətinə baxılmadığını açıqlayıb.

İlk olaraq Facebook hesabında hadisəni paylaşan və sonra milli mətbuata açıqlamalar verən Benitez psixoloji travma aldığını və zəhərlənə biləcəyini bildirib.

İstifadəçi və İstehlakçı Hüquqları üzrə nazir müavini Jorge Silva hadisənin baş verdiyi restoranın 20 filialında da istintaq araşdırması aparıldığını bildirib.

Silva, ət çəkən maşın ilə işləyən və gündə 45-80 kilo ət çəkən işçinin 2 barmağını itirdikdən sonra qalıqların qarışdığı ətin digər şöbələrə də getməsinin araşdırıldığını bildirib.

Boliviyada 20 şöbəsi olan restoranın yazılı açıqlamasında isə “İşçimizin başına gələn qəzada şirkət olaraq sağalma mərhələsində olan işçinin sağlamlığını hər zaman ön planda tutaraq bütün təcili vəziyyət protokollarını tətbiq etmişik” deyə bildirilib.

Tərcümə etdi: Jalə Bədirova