Fələstində son günlər baş vermiş müharibə, baş verən hadisələr barəsində soruşurlar.
NOCOMMENT.az Bakıda Nərimanov rayonu, “Abu Bəkir” Məscidinin İmamı kimi tanınan Qamət Süleymanovun oktyabrın 7-də başlamış Fələstin İsrail müharibəsi ilə bağlı baş verənlərə mövqeyini təqdim edir:
Bismilləhirrəhmanirrəhim.
Birinci dəfə deyil bu hadisələr baş verir. Bundan daha öncə də olub və bir neçə gündür bu döyüşlər yenidən baş verir. Fələstinlə İsrailin hərbi gücünü müqayisə etdikdə aydın olur ki, Fələstin çox zəifdir. Şəri cəhətdən də bilirik ki, sən zəifsənsə özündən cüclüyə hücum etmək səhv addımdır. Çünki bir nəticəyə nail ola bilməyəcəksən. Əksinə səni əzəcəklər və daha da vəziyyətini pisləşdirə bilərsən. Ona görə də Şeyxülislam (rəhimullah) bildirir ki, əgər düşmən güclüdürsə ona hücum etmək, müharibə etmək səhv addımdır. Ona görə də müsəlmanlar zəif olanda hücum etməsi səhvdir. Mən bilmirəm bunlar bu fətvanı haradan götürüblər.
Qəzza deyilən ərazi Hizbi təşkilatın nəzarətindədir ki, orada da ixvanlardır. Bundan öncəki hadisələr də belə olmuşdu. Bir neçə gün davam edir, neçə-neçə insanlar ölür, sonra atəşkəs elan edilir. Nəticədə heç nə olmur və vəziyyətlərini daha da pisləşdirilər.
Həmçinin onların daxil olduqları şəhərdə qadın və uşaqlara toxunması doğru addım deyil. Fələstinlilər deyə bilərlər ki, onlar bombardıman edərək öldürürlər axı. Düzdür, onlar kafirdilər, amma biz müsəlmanıq və bunları etmək olmaz. Ona görə də müsəlman ordusu harasa daxil olduqda əmir sahibi bildirərdi ki, qocalara, qadınlara və uşaqlara toxunmaq olmaz. Hətta ağacları belə kəsmək və sındırmaq olmaz.
Allah adil olanları sevir və onlara yardım edir. Ona görə də İbn Teymiyyə deyir ki, hətta kafir qoşun adil olsa Alah onlara kömək edir. Adil olduqlarına görə. Zülm edən uduzacaq. Allah deyir ki, siz Allaha kömək etsəniz zəfər sizindir, onda kömək edəcək. Yəni ayənin əksi odur ki, siz Allaha kömək eləməsəniz o siz kömək etməyəcək.
Bilmirəm bunlara fətvanı kimlər verim, kimlər hardan gəlib. Səhv addımdır. Çünki bir neçə gün keçəcək, sülh sazişi olacaq. Yenə nə olacaq? Əziyyət çəkən müsəlmanlar olacaq. Onsuz da Qəzzada vəziyyət çox pisdir.
Qardaşlar soruşurlar ki, orada Cihaddır? Ora getmək olarmı?
Əlbətdə ki, olmaz. Düzgün deyil. Ümumiyyətlə başqa ölkələrə döyüşə getmək olmaz. Çünki ölkələr arasında sazişlər var, anlaşmalar var, qaydalar var. Bu məsələyə geniş yanaşmaq lazımdır. Bütün bunlar nəzərə alınmalıdır. Gərək hakim özü bu məsələyə icazə verə. Özbaşına olaraq getmək böyük səhvdir.
Təqsir müsəlmanların özündədir. Öna görə də ilk növbədə günahlardan çəkinmək lazımdır. Bu bəlaların səbəbləri günahlardır. Günahlardan çəkindikcə bu bəlalardan qurtarmaq olar. Yoxsa günah ola-ola sən qələbə çala bilməyəcəksən.
Ümumən müsəlmanlara dua edin. Allah köməkləri olsun. Qaldı ki, bu məsələlərə. Bu böyük səhvdir. Suriyada və Çeçenistanda baş verənlər buna misaldır. Nəticə necə oldu? Səbəb səhv insanların arxası ilə getməkdir. Bunların hamısı isə Quran və Sunnəyə riayət etməməkdəndir.
Allah bizi eşidib faydalananlardan etsin.