Qamət Süleymanov: Kim desə ki, Əhli-sünnə İmam Hüseyni sevmir, o adam yalançıdır – VİDEObackend

Qamət Süleymanov: Kim desə ki, Əhli-sünnə İmam Hüseyni sevmir, o adam yalançıdır – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

NOCOMMENT.az Bakıda “Abu Bəkir” Məscidinin İmamı kimi tanınan Qamət Süleymanovun İslam Peyğəmbərinin Əhli Beytindən, sevimli nəvələrindən biri olan İmam Hüseynə Əhli sünnə camaatının münasibəti və yanaşması ilə bağlı mövqeyini təqdim edir:

Hüseyn (Allah ondan razı olsun) təbii ki, bizim səhabələrdəndir, Əhli-Beytdəndir və biz onu hamısından çox sevirik. Şükürlər olsun Allaha. Biz də Peyğəmbərin səhabələri sayılan hz.Hüseyn, Əli-İbni ƏbuTalib, Ömər ibn Xəttab, Əbu Bəkir, Osmanın yolundayıq və biz Hüseyni çox sevirik. Kim desə ki, Əhli-sünnə İmam Hüseyni sevmir, o yalan danışır və o adam yalançıdır. Şükürlər olsun Allaha ki, biz Əhli Beyti sevirik və İmam Hüseyni də xüsusən.

Sadəcə sevgidə şişirtmək olmaz. Bizdə sevgidə şişirtmək yoxdur, sevgi qəlbən və tabeçiliklədir. Allahın buyurduğu kimi, necə ki, Quranda ayələrin birində Peyğəmbərə buyurulur ki, Allahı sevirsinizsə Peyğımbərə tabe olun ki, Allah da sizi sevsin. Deməli sevgi tabeçiliklədir. Kim istəyirsə ki, Allah onu sevsin, Peyğəmbərə tabe ol ki, Allah da səni sevsin. Bidətlə (İslamda, şəriətdə yenilik), uydurmalarla Allahın sevgisini qazanmaq olmaz.

Ona görə də, biz İmam Hüseyni sevirik. Tarixdə baş vermiş hadisəni məclisin gülü etmək, təkrarlamaq və daim ağlamaq lazım deyil. Çünki Əli ibni Əbu Talib İmam Hüseyndən əfzəldir. Peyğəmbər də Əli ibni Əbu Talib və İmam Hüseyndən əfzəldir. Biz heç onlar üçün belə etmirik, o ki, qaldı İmam Hüseyn üçün. Əgər biz başlasaq İmam Hüseyn üçün əzadarlıq etməyə, gərək hamısı üçün edək. O zaman isə bütün il boyu.., insan nə qədər ağlayar. Ona görə də belə halların dinimizlə heç bir əlaqəsi yoxdur. Şükürlər olsun Allaha ki, biz Hüseyni və Əhli-Beyti sevirik. Vəssəlam”