Qan azlığının qarşısını bu yolla ala bilərsinizbackend

Qan azlığının qarşısını bu yolla ala bilərsiniz

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Tez-tez rast gəlinən qan azlığı əsasən vitamin və mineral çatışmazlığından irəli gəlir.

Daha çox qadınlarda özünü göstərən bu problemin əsas əlamətləri tez yorulma, halsızlıq, üşümək, əllərdə soyuqluq, baş fırlanması və saçların tökülməsidir. NOCOMMENT.az xəbər verir ki, ciddi qan azlığı nəfəs darlığı, ürək-damar və tənəffüs sistemi problemlərinə səbəb ola bilər.

Qan azlığı əsasən dəmir, yaşıl tərəvəzlərdən alınan B9 və ətdən alınan B12 vitaminlərinin çatışmazlığından irəli gəlir.

Mütəxəssislər bildirirlər ki, doğru şəkildə qidalanaraq bu problemi həll etmək mümkündür. Qırmızı ət, qaraciyər, doşab, üzüm, çuğundur, qayısı, ispanaq kimi yaşıl yarpaqlı tərəvəzlər, qoz, fındıq, süd, yumurta, somon balığı qan azlığına müsbət təsir edən qidalardır.

Həmçinin mütəxəssislər qidalarda olan dəmirin səviyyəsini azaldan çayın az içilməsini və daha çox C vitamini ilə bol olan meyvə şirələrinə üstünlük verməyi tövsiyyə edir.