Qanada Lassa qızdırması epidemiyası başa çatdıbackend

Qanada Lassa qızdırması epidemiyası başa çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qanada ölümcül ola bilən heyvandan insana yayılan Lassa qızdırması epidemiyası sona çatıb.

NOCOMMENT.az xəbər verir ki, Qana Sağlamlıq Xidmətlərinin (GHS) baş direktoru Patrik Kuma-Aboagye verdiyi açıqlamada, paytaxt Akkrada mart ayında ortaya çıxan Lassa qızdırması epidemiyasının sona çatdığını açıqlayıb.

Kuma-Aboaqye epidemiyaya görə müalicə alan insanların sağaldığını və evə buraxıldığını bildirib.

“Lassa qızdırması və ya başqa bir yoluxucu xəstəlikdən şübhələnən insanlarla birbaşa və dolayı əlaqədən qaçınmalı və infeksiyalara yoluxmamaq üçün əllərimizi mütəmadi olaraq yumalıyıq” deyə o qeyd edib.

NOCOMMENT.AZ