Qandonduran mənzərə: Taliban ibrət üçün bunu da etdibackend

Qandonduran mənzərə: Taliban ibrət üçün bunu da etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Taliban Əfqanıstanın qərbindəki Herat əyalətində adam oğurluğu ittihamı ilə öldürülən 4 nəfərin cəsədini nümunə olaraq meydanda asdı.

NOCOMMENT.az xəbər verir ki, Herat Qubernator Köməkçisi Məvləvi Şir Əhməd Ömər mətbuata verdiyi açıqlamada sözügedən 4 nəfərin Herat əyalətində fəaliyyət göstərən tacir və oğlunu qaçırdıqlarını bildirib.

O qaçırılanları xilas etmək üçün əməliyyat təşkil edərkən qarşıdurma zamanı 4 nəfərin həyatını itirdiyini və bir Taliban üzvünün də yaralandığını qeyd edib.

Ömər öldürülən insan qaçaqmalçılarının cəsədlərinin səhər saatlarında Çevk Meydanında asıldığını vurğulayaraq, “Qaçaqmalçıların cəsədləri digərlərinin dərs alması üçün meydanda asılıb” deyə qeyd edib.

Tərcümə: Jalə Bədirova