Qanı təmizləyir və xərçəngin qarşısını alırbackend

Qanı təmizləyirxərçəngin qarşısını alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qüdrət narının (hind narı) faydaları saymaqla bitmir. Tropik meyvə olan qüdrət narı, ölkəmizdə də yetişdirilir. Tərkibində yüksək C vitamini və bir çox faydalı mineral olduğu üçün qandakı zərərli maddələrdən qurtulmağınıza kömək edir və xərçəngdən qoruyur.

NOCOMMENT.az bu möcüzəvi meyvənin digər faydalarını təqdim edir:

Qüdrət narından əsrlər boyu mədə xəstəliklərinin müalicəsində istifadə edilmişdir. Narın meyvəsi yetişəndə ​​bir-birindən ayrılır və narıncı-sarı meyvələri olur. Vətəni Hindistan olan bu meyvə ilə xərçəngin müalicəsi üçün tədqiqatlar aparılmışdır.

Həzm sistemi üçün təbii dərmandır

Mütəxəssislər mədə və bağırsaq xəstəliklərinin müalicəsi üçün hər gün bir qaşıq zeytin yağlı qüdrət narı yeməyinizi məsləhət görürlər. Ancaq narın bu faydasının uzun müddət davam etməsini istəyirsinizsə, bu məsləhəti ən azı bir ay davam etdirməlisiniz.

Xərçəngin qarşısını alır

Amerikada dərc edilən xərçəng araşdırmasına dair bir jurnalda, qüdrət narının xərçəng hüceyrələrinin yayılmasına, inkişafına və böyüməsinə mane olduğu bildirilmişdir. Başqa bir araşdırmada isə döş xərçənginin təkrarlanmaması üçün qidalara bu meyvədən qatmaq tövsiyə olunur.

Antibiotik təsiri var

Meyvənin tərkibində olan lutein və likopen maddələri bədəndə yarana biləcək bədd xassəli şişlərin qarşısını alır.

Yanıq müalicəsində effektli nəticə verir

Yanıq zamanı istifadə etmək üçün meyvənin toxumlarını çıxarın və əzin, sonra sıyıq şəklində olanda zeytun yağı əlavə edin və şüşə qabda saxlayın. Bu halda, bir il ərzində yanıq və yaraları müalicə etmək üçün istifadə edə bilərsiniz.

İmmuntet sistemini gücləndirir

E vitamini və zülallarla zəngin olan qüdrət narı immunitet sistemini gücləndirir və bədəni bakteriya, mikrob və viruslardan qoruyur.

İltihabların qarşısını alır

Zeytun yağlı qüdrət narı iltihablı bölgələr üçün təbii bir balzam kimidir. Sağalmayan iltihabların müalicəsində istifadə oluna bilər.

Qaraciyərin dostudur

Önəmli orqanlardan olan qaraciyəri yeniləyir. Qaraciyərlə bağlı problemlə qarşılaşmamağınız üçün gündəlik bu meyvəni qida rasionunuzdan əskik etməyin.

Qanı təmizləyir

Qüdrət nar qanı təmizləmək və qan dövranını yaxşılaşdırmaq xüsusiyyətinə malikdir. Anti-oksidant və mikrob əleyhinə xüsusiyyətləri ilə nar qandakı toksinləri təmizləyir.

Şəkər xəstələri üçün faydalıdır

Tədqiqatlar nəticəsində məlum olub ki, qüdrət narından alınan ekstrakt diabet xəstəliyi üçün faydalıdır. Nardakı dörd maddənin qan şəkərinin tənzimlənməsinə kömək etdiyi müşahidə edilib.

Dərini qoruyur və gözəlləştirir

Günəş yanıqlarına kömək edən bu meyvə dərini günəşin zərərli şüalarından qoruyur. Eqzema, çiban və sədəf kimi dəri xəstəliklərinin müalicəsində istifadə olunan qüdrət narı sızanaq müalicəsi, dəri ləkələri və dəri infeksiyaları üçün də təsirlidir.

Revmatizm və varikoz ağrılarına təsiri

Qüdrət narını ayaqlara sürtüb bir gecə saxlamaq, sizi varikoz və revmatizma ağrılarından xilas edəcək.

GUATR-ı (ZOB) sağaldır

Tiroid vəzinin hər hansı bir şəkildə böyüməsi və şişməsi narahatlıqlar yarada bilər. Bu möcüzəvi meyvə zob problemini həll edərək onu tamamı ilə yox edir.