Qanlı estetika: Kişi geyim brendi “Mario Russo” qadın qətillərinə romantik don geyindirir – VİDEObackend

Qanlı estetika: Kişi geyim brendi “Mario Russo” qadın qətillərinə romantik don geyindirir – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Mario Russo” kişi geyim brendinə aid reklam çarxı böyük hiddət doğurub.

NOCOMMENT.az 32gun.az-a istinadən xəbər verir ki, reklamda əvvəlcə sakitcə qəzet oxuyan, şık geyimli bir kişi obrazı təqdim olunur. Lakin sonda bu adamın əslində qan içində, balta ilə adam doğramış bir qatil olduğu üzə çıxır. Maraqlıdır ki, videoda “Madness within, style outside” – yəni “Dəlilik içəridə, dəb çöldə” kimi bir sloqanla brendin estetik görünüş altında gizlənən dəhşətli mahiyyəti romantikləşdirilir.

Reklamda rol alan şəxs isə təsadüfi biri deyil. Bu, brendin sahibi – Ruslan Məmmədov Xudaverdi oğludur. O, həm videoda qatil obrazını canlandırır, həm də şirkətin qanuni təmsilçisidir. Maraqlıdır ki, bu “dəbdəbəli” brendin nizamnamə kapitalı cəmi 10 manatdır.

Şirkətin hüquqi ünvanı Bakı şəhəri, Xətai rayonu, Babək prospekti, ev 86, mənzil 25-dir.

Reklamın digər narahatedici cəhəti isə arxa fonda görünən qadın cəsədidir. Dünyanın qadın zorakılığına qarşı birləşdiyi, femisid hallarına qarşı aksiyaların artdığı bir zamanda bu cür görüntülərlə estetik qatillik təbliğ etmək ictimai qınaq doğurur.

Sadəcə geyim tanıtımı ilə kifayətlənməyən bu video, sanki qatili cazibədar göstərmək niyyəti güdür. Bu isə həm etik, həm də sosial məsuliyyət baxımından qəbuledilməzdir.