QANLI OLAY: Kişi Sumqayıtda baldızını qətlə yetirdibackend

QANLI OLAY: Kişi Sumqayıtda baldızını qətlə yetirdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünən saat 21 radələrində Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsinin ərazisində 1986-cı il təvəllüdlü Ramilə Quliyevaya yaşadığı evdə çoxsaylı xəsarətlər yetirilməsi barədə daxil olan məlumat əsasında dərhal prokurorluq və polis əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib.

Sumqayıt Şəhər Prokurorluğundan NOCOMMENT-ə verilən məlumata görə, araşdırmalarla Sumqayıt şəhər sakini, 1988-ci il təvəllüdlü Anar Əlizadənin baldızı – 34 yaşlı Ramilə Quliyevaya aralarında yaranmış mübahisə zəminində hazırda istintaqa məlum olmayan kəsici-deşici alətlə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddələri üzrə cinayət işinə başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Qeyd olunur ki, iş üzrə hadisənin şahidləri müəyyənləşdirilərək dindirilib, o cümlədən digər təxirəsalınmaz istintaq hərəkətləri həyata keçirilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən Anar Əlizadənin tutularaq istintaqa cəlb edilməsi istiqamətində təxirəsalınmaz istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.