Qanunsuz ov edən şəxslər cəzalandırılıbbackend

Qanunsuz ov edən şəxslər cəzalandırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qanunsuz ov hallarının qarşısının alınması məqsədilə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Mahmudçala Ovçuluq Təsərrüfatının ərazisində qanunsuz ov edən şəxslər saxlanılıb.

Xidmət rəsmisi Bəhruz Məhəmmədov NOCOMMENT-ə bildirib ki, araşdırma zamanı brakonyerlərin Biləsuvar rayon sakinləri Pərviz Abdullayev, Samir və Xalid Əzimovlar olduğu müəyyən edilib.

O qeyd edib ki, faktla bağlı qanun pozucuları barəsində qanunamüvafiq tədbirlər görülüb: “Qanunsuz balıq ovunun qarşısının alınması məqsədilə keçirilən nəzarət tədbirləri zamanı isə Şəmkir su anbarından, Kür çayından və Yuxarı Qarabağ kanalından ümumilikdə 640 metr uzunluğunda sintetik tor yığışdırılıb”.