Qanunsuz parkinq bu quruma məxsus imişbackend

Qanunsuz parkinq bu quruma məxsus imiş

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakının Nəsimi rayonunda yaradılan qanunsuz parkinqin Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradıldığı məlum olub.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır.

Qeyd edək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri SSR Xalq artisti Şəfiqə Məmmədovadır.