Qanunun qəbulu ilə yalnız Gürcüstan qalib gəldi – Baş nazirbackend

Qanunun qəbulu ilə yalnız Gürcüstan qalib gəldi – Baş nazir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“”Xarici təsirin şəffaflığı” haqqında qanunun qəbul edilməsi nə hakimiyyətin qələbəsi, nə də opponentlərin və beynəlxalq tərəfdaşların məğlubiyyəti hesab edilməlidir, qanunun qəbulu ilə yalnız Gürcüstan qalib gəldi”.

NOCOMMENT.az xəbər verir ki, bu barədə açıqlama verən ölkənin baş naziri İrakli Kobaxidze hökumətin iclasında belə deyib.

O qeyd edib ki, indi qanun qüvvədədir və hamı soyuqqanlılıqla, praqmatik hərəkət etməli və lazımsız emosiyaları bir kənara qoymalıdır.

Kobaxidze Gürcüstanda qeyri-şəffaf maliyyələşmə əsasında “liberal-faşist” əməllərin törədildiyini, bu ideologiyanın klassik faşizmdən və bolşevizmdən az təhlükəli olmadığını, gürcü mədəniyyəti ilə bir araya sığmadığını əlavə edib.