Qanvermə aksiyasının keçiriləcəyi ünvanlar açıqlandıbackend

Qanvermə aksiyasının keçiriləcəyi ünvanlar açıqlandı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Məhərrəmlik dönəmində Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə gerçəkləşən qanvermə aksiyasına qoşulmaq, bu il də humanist ənənəni davam etdirmək istəyən vətəndaşlarımız ölkəmizin Qan bankının paytaxtda və bölgələrdəki filiallarında qan verə bilərlər.

Bu barədə NOCOMMENT-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Mərkəzi Qan Bankı bölmələrinin ünvanları aşağıdakı kimidir:

Mərkəzi Qan Bankı (Bakı şəhəri) Mirəli Qaşqay küç 87. Tel: 907

Şirvan bölgə bölməsi: Heydər Əliyev pr.16. Şirvan şəhər Mərkəzi Xəstəxanası. Tel: 021 215 00 29, +994 50 390 94 33

Lənkəran bölgə bölməsi: Lənkəran şəhəri, Nizami küçəsi 67. Lənkəran Mərkəzi xəstəxanası. Tel: 025 254 09 75, +994 50 315 54 72

Quba bölgə bölməsi: Quba Qan bankı Fətəli Xan küç 10. Tibb Kollecinin binası. Tel: 023 335 3801, +994 50 478 64 77

Sumqayıt bölgə bölməsi: M. Hüseynzadə pr. Təcili Tibbi Yardım Xəstəxanası 1-ci korpus, 1 ci mərtəbə. Tel: 018 655 67 60, +994 70 726 45 49

Şəki bölgə bölməsi: Şəki şəhəri, M.Ə.Rəsulzadə 164. Tel: 024 244 25 90, +994 55 537 60 15

Mingəçevir bölgə bölməsi: 20 yanvar küç, Mingəçevir Şəhər Mərkəzi Xəstəxanası “C” korpusu. Tel: 024 274 38 70, +994 50 550 66 60

Bərdə bölgə bölməsi: N. Nərimanov küç 2. Tel:020 205 02 90, +994 51 362 36 36.

Gəncə bölgə bölməsi: Gəncə şəhər. S. Hacıyev küç 2. Tel: 021 252 08 45, +994 55 643 45 45.

Qeyd edək ki, avqustun 21-i Məhərrəm ayının ilk günü olub, avqustun 30-da isə Aşura günü olacaq. Sentyabrın 19-da başlayacaq Səfər ayı isə oktyabrın 19-da başa çatacaq.