Qapalı məkanlarda maska tələbi ləğv olunur?backend

Qapalı məkanlarda maska tələbi ləğv olunur?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hazırda bir çox ölkələrdə yoluxma sayı azaldığı üçün karantin qaydaları yumşaldılıb, maska tələbi ləğv edilib. Azərbaycanda pandemiya ilə bağlı bir çox qadağalar aradan qaldırılsa da, maska və COVID pasportu ilə bağlı tələblər qüvvədədir. Epidemioloji göstəricilər nəzərə alınaraq ölkəmizdə də maska tələbi ləğv oluna bilər?

NOCOMMENT xəbər verir ki, məsələ ilə bağlı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan Nümayəndəliyindən trend-ə bildirilib ki, COVID-19 xəstəliyinin yayılmasının qarşısını almaq istiqamətində tətbiq olunan karantin qaydaları bir sıra ölkələrdə epidemioloji vəziyyətin yaxşılaşması ilə əlaqədar olaraq yumşaldılsa da, unutmayaq ki, virus hələ də bizimlədir.

“Maskadan istifadə və digər məhdudiyyətlərlə bağlı qərarlar epidemioloji vəziyyət nəzərə alınaraq verilir. Maska taxmaq xüsusilə qapalı yerlərdə virusa yoluxmanın qarşısını almaq üçün vacibdir. Bu səbəbdən hələ də bir çox ölkələrdə ictimai nəqliyyat kimi əhalinin sıx toplaşdığı yerlərdə maskadan istifadə qərarı qüvvədədir. Azərbaycanda maskadan istifadə ilə bağlı hər hansı qərarın qəbulu qarşıdakı müddətdə yoluxma hallarının sayından asılı olaraq veriləcək”, – deyə qeyd olunub.