Qapımıza gəlib, evimizə girən satıcılar: “İnsanlarda buna qarşı allergiya yaranıb”backend

Qapımıza gəlib, evimizə girən satıcılar: “İnsanlarda buna qarşı allergiya yaranıb”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son dövrlərdə su filtirlərinin satışı ilə məşğul olan şirkətlərlə vətəndaşlar arasında narazılıq artıb. Buna səbəb şirkət əməkdaşlarının vətəndaşların yaşadığı mənzillərə soxulmasıdır.

Vətəndaş razılıq vermədiyi halda şirkət əməkdaşları onların evlərinə daxil olmaqla saatlarla satdıqları məhsul haqqında ailə üzvlərinə arayış verirlər. Xüsusən də bu hallar həftə sonları və istirahət günləri, yəni bütün ailə üzvlərinin evdə olduğu günlərdə baş verir. Bu isə onların haqlı narazılıqlarına səbəb olur.

NOCOMMENT.az xəbər verir ki, Marketoloq Pərviz Əzimov Qaynarinfo-ya açıqlamasında bildirib ki, su filtrlərinin satışını həyata keçirən şirkətlər əməkdaşlarının qarşısında aylıq satış öhdəliyi qoyub:

“Bu satış etik deyil. Satış proseduru olaraq şirkətlər kiməsə satış etmək istəyirsə, öncədən həmin şəxsin icazəsini almalıdır. Fərqi yoxdur, ofisə, ya istirahət günü evə gəlib, icazə almaq mütləqdir. Şirkətlər əməkdaşlarına qarşı ciddi şəkildə hədəflər qoyur, onları sıxışdırırlar. Əməkdaşlar da işini itirməmək üçün məcbur qalıb vətəndaşların evlərinə qədər girməli olurlar. Bəzən şirkətlər elə düşünür ki, əməkdaşlar bu hərəkətləri ilə məhsulu təbliğ edirlər. Amma əslində məhsulu vətəndaşların gözündən salırlar. İnsanlarda su filtirlərinə qarşı bir allergiya yaranıb. Onlar düşünür ki, bu şirkətlərdən gələnlər bizi aldatmağa çalışırlar və s. Əgər filtirlərin satışı normal getsəydi insanlarda belə bir inamsızlıq yaranmayacaqdı”.

Pərviz Əzimov hesab edir ki, şirkət əməkdaşları bu hərəkətləri ilə satdıqları məhsula zərər verirlər.