Qaqauziyanın rəhbəri onu qorxutmaq cəhdlərinə baxmayaraq, Moldovaya qayıdacağını bildiribbackend

Qaqauziyanın rəhbəri onu qorxutmaq cəhdlərinə baxmayaraq, Moldovaya qayıdacağını bildirib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Moldovanın Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul mərkəzi orqanların onu cinayət təqibi ilə qorxutmaq cəhdlərinə baxmayaraq, respublikaya qayıdacağını açıqlayıb.

NOCOMMENT.az xəbər verir ki, Qutsal bu barədə öz “Telegram” kanalında yazıb.

“Cinayət işi, məhkəmə prosesi, məni Moldovaya buraxmamaq və ya məni birbaşa hava limanında həbs etmək barədə söhbətlər sizi və məni qorxutmaq cəhdləridir, lakin buna nail olmayacaqlar”, – deyə Qutsul bildirib.

Siyasətçi qeyd edib ki, Moldovaya – Qaqauziyaya qayıdacaq, çünki onun vəzifəsi xalqın yanında olmaqdır.

O, Rusiya Federasiyasından qayıdandan sonra Kişinyovda brifinq keçirəcəyini də bildirib.