Qaqik Tsarukyanın oğluna dəbdəbəli toy etməsi Ermənistanı qarışdırdı – VİDEObackend

Qaqik Tsarukyanın oğluna dəbdəbəli toy etməsi Ermənistanı qarışdırdı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistanın aparıcı siyası partiyalarından birinin – Çiçəklənən Ermənistan partiyasının rəhbəri Qaqik Tsarukyanın 21 yaşlı oğlu Nver Tsarukyana dəbdəbəli toy etməsi ölkədə ciddi narazılığa səbəb olub.

NOCOMMENT yeniavaz-a istinadən bildirir ki, Çiçəklənən Ermənistan partiyası Nikol Paşinyanın rəhbərlik etdiyi iqtidar partiyasından sonra Ermənistan Parlamentində ən çox millət vəkili olan ikinci partiyadır. Qaqik Tsarukyan, eyni zamanda ölkənin ən varlı şəxslərindən biri hesab olunur.

Tsarukyanın 21 yaşlı oğlu Rusiyalı iş adamı Buzand Avetisyanın qızı Arpi Avetisyanla evlənib.

Ölkədə koronavirus pandemiyasının yayılmasına baxmayaraq, toy geniş miqyasda qeyd olunub. Toya Ermənistan və Rusiyadan məşhur qonaqlar dəvət olunublar.

Ermənistan mətbuatı yazır ki, müharibədən yeni çıxmış ölkədə partiya sədrinin bu cür dəbdəbəli toy etməsi xalqa qarşı hörmətsizlikdir.