Qar bəbiri ilə foto çəkmək istəyən turist yaralandı – VİDEObackend

Qar bəbiri ilə foto çəkmək istəyən turist yaralandı – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rəsmilərin və dövlət mediasının məlumatına görə, cümə günü Çinin şimal-qərbində nadir rast gəlinən qar bəbiri ilə bağlı insident baş verib. Turist foto çəkmək üçün heyvana yaxınlaşmağa çalışarkən qar bəbiri onun üzərinə hücum edib.

NOCOMMENT.az xəbər verir ki, xizəkçi olan turist Çinin Sintszyan (Xinjiang) bölgəsinin Koktokay qəsəbəsində hotelə qayıdarkən qar bəbiri tərəfindən dişlənib.

Belə ki, turist avtomobilindən düşərək, vəhşi təbiətdə olduqca nadir olan qar bəbirini görüb və ona yaxınlaşıb.

Dövlətə məxsus CCTV telekanalının xəbərinə əsasən, turist foto çəkmək məqsədilə heyvana yaxınlaşdığı zaman hücuma məruz qalıb. Sosial şəbəkələrdə yayılan videolarda turistin qarla örtülü ərazidə hərəkətsiz vəziyyətdə uzandığı, qar bəbiri isə onun yaxınlığında oturduğu görünür. Digər görüntülərdə isə iki şahidin yaralı turistə ayağa qalxmağa və təhlükəsiz yerə doğru hərəkət etməyə kömək etdiyi, turistin isə xizək dəbilqəsinin altından üzünü tutduğu əks olunub.