Qar, çovğun, şaxtalı hava gəlir – Donmamaq üçün nə etməli?backend

Qar, çovğun, şaxtalı hava gəlir – Donmamaq üçün nə etməli?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Böyük şəhərlərdə qışa hazırlıq üçün xüsusi tədbirlər planı hazırlanmalıdır. Hər zaman şəhər və rayon icra hakimiyyətləri qışa hazırlıq üçün tədbir planları hazırlayıb təsdiq ediblər”. 

 

NOCOMMENT.az xəbər verir ki,  bu sözləri Yenisabah.az-a açıqlamasında Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri, 1992-1993-cü illərdə Yasamal rayonun icra hakimiyyətinin başçısı olmuş Sahib Məmmədov deyib.

O, paytaxtın qış fəslinə hazırlığı ilə bağlı olan məsələlərdəki mövcud problemlərdən söz açıb.

Sabiq başçı xatırladıb ki, qış fəslindəki problemlərin dərhal aradan qaldırılması ilə bağlı qış qarajı var:

“Eləcə də qışla bağlı bir neçə məsələnin həll olunması vacibdir. Birincisi, qar və şaxtalı havalarda yolların təmizlənməsi, istilik sisteminin təchizatı və kommunikasiya məsələləridir ki, bunlar həll olunmalıdır”.

Onun sözlərinə görə, istilik sistemi ilə bağlı Bakı şəhərində vəziyyət ürəkaçan deyil:

“Bunun çoxlu səbəbləri var. Çünki binaların çoxu köhnəlib, sıradan çıxıb, kimlərsə təmir edib ümumi sistemdə dəyişikliklər edib. Ona görə ki, ümumi sistemdə kəsintilər olanda blokda istiliyin təchizatı dayanır. Burada problemlər yenə də qalmaqdadır. “Azəristiliktəchizat” adlı bir qurum isə bu sahədə heç bir islahatlar aparmayıb və aparmaq niyyətində də deyil”.

“O ki qaldı şaxtalı, sürüşkən havalarla bağlı görülən tədbirlərə, burada müəyyən tədbirlərin görüldüyünü deyə bilərik. Məsələn, qış qarajları mövcuddur ki, burada qum və duz tədarükü görülür, o cümlədən müəyyən mərkəzi küçələrdə təmizləmələr həyata keçirilir. Bizdə isə belə günlər çox olmur. Lakin görünən odur ki, bir qədər ekstremal şərait yarananda Bakı onun öhdəsindən gələ bilmir. Bu da onu göstərir ki, qışa hazırlıq istənilən səviyyədə olmur”, – fikirlərini tamamlayıb.

Qeyd edək ki, bu il qış fəslinin soyuq keçəcəyi, havaların şaxtalı olacağına dair rəsmi proqnozlar var.