Ötən gün Rusiya döyüş təyyarələri göyə yüksəlib.
NOCOMMENT.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Açıqlamada, Britaniya Hərbi Hava Qüvvələrinə məxsus iki “Typhoon” səmada göründükdən sonra Rusiya təyyarələrinin havaya qalxdığı qeyd edilib. İngilis reaktivlərinin Qara dəniz üzərində təhlükəli yaxınlaşmada Rusiya təyyarələrinin havaya qalxması ilə geri qayıtdığı bildirilib.
Rusiya Britaniya təyyarələrini kəşfiyyat maşınının müşayiət etdiyini, lakin sərhəd pozuntusunun olmadığını bildirib.
Qeyd edək ki, Ukrayna müharibəsi başlayandan bəri Rusiya ilə Qərb ölkələri arasında hərbi gərginlik sürətlə artır.
NOCOMMENT