Qara siyahıda olan prezidentliyə namizəd Qarabağa səfərindən danışdıbackend

Qara siyahıda olan prezidentliyə namizəd Qarabağa səfərindən danışdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fransa prezidentliyinə namizəd Valeri Pekres feysbuk sosial şəbəkəsindəki rəsmi səhifəsində Ermənistana səfəri ilə bağlı qeyd edib.

NOCOMMENT yenisabah-a istinadən xəbər verir ki, Valeri Pekres Fransa Senatının Respublikaçılar fraksiyasının rəhbəri Bruno Retaio və Fransanın keçmiş xarici işlər naziri Mişel Barnye ilə birlikdə qsəfər etdiyini bildirib.

O, Dağlıq Qarabağda sülhün bərpası və Ermənistanın iqtisadi və mədəni inkişafı məsələlərində, erməni mənəvi irsinin qorunub saxlanması məsələlərində Fransanın yardımından danışıb.

Fransalı siyasətçi Ermənistan prezidenti Armen Sarkisyan, bütün ermənilərin katolikosu II Qaregin, “Artsax prezidenti” Arayik Arutyunyan ilə görüşləri və onların Tsitsernakaberd memorialına səfərlərinin fotolarını da dərc edib.

Xatırladaq ki, Pekres l4 dekabr 2021-ci ildə o, sağ mərkəzçi Respublikaçılar partiyası tərəfindən 2022-ci ildə keçiriləcək prezident seçkilərində namizəd göstərilib.

Qarabağ ərazisinə qanunsuz səf etdiyinə görə Azərbaycana XİN Fransaya etiraz notası verib və fransız siyasətçinin adı “qara siyahı”ya salınıb.