Qara yaxmayın, özümü öldürərəm -deyən akademikdən xəbər varbackend

Qara yaxmayın, özümü öldürərəm deyən akademikdən xəbər var

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“AMEA-nın Neft-Kimya Prosesləri İnstitutunun baş direktoru Vaqif Abbasovun həbs olunacağı ilə bağlı yayılan fikirlər qətiyyən doğru deyil. Hazırda heç kimlə danışmaq istəmir. Bu məsələlərdən sonra telefon nömrəsini dəyişib. Deyir ki, məni heç kim narahat etməsin”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Pravda.az-a açıqlamasında AMEA-nın Neft-Kimya İnstitutunun direktor müavini Hikmət İbrahimov deyib.
“Həbs olunmaqdan söhbət gedə bilməz. Bu nə söz-söhbətdir? Bunu kim deyir? Ortada elə bir cinayət yoxdur ki, Vaqif Abbasov həbs oluna. O nə edib axı cinayətə cəlb edilsin? Sosial şəbəkələr hər şeyi yaza bilər. Bu, tamamilə absurd bir şeydir. Mümkün deyil”, – müavin bildirib.
Xatırladaq ki, V. Abbasov AMEA-nın Rəyasət Heyətinin xüsusi iclasında səsləndirdiyi fikirlərlə gündəmə gəlib.