Qarabağ avrokuboklarda yeni ilkə imza atıbbackend

Qarabağ avrokuboklarda yeni ilkə imza atıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” Azərbaycan futbolunda yeni nailiyyətə imza atıb.

NOCOMMENT report-a istinadən xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv avrokuboklarda hər üç turnirin qrup mərhələsinə vəsiqə qazanan ilk klub kimi tarixə düşüb.

Daha əvvəl “köhlən atlar” 2017/2018 mövsümündə Çempionlar Liqasının, 2014/2015, 2015/2016, 2016/2017, 2018/2019, 2019/2020 və 2020/2021 mövsümlərində Avropa Liqasında qruplara yüksəlib. Bu dəfə isə “Qarabağ” cari mövsümdən keçirilməyə başlayan Konfrans Liqasında ilk cəhddəcə qrupa düşüb.

Qeyd edək ki, Azərbaycanın digər təmsilçisi “Neftçi” bu mövsüm avrokuboklarda hər üç turnirdən məğlubiyyətlə ayrılıb.