Qarabağ bu gün Olimpiakos-u qəbul edəcəkbackend

Qarabağ bu gün Olimpiakos-u qəbul edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” bu gün UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirəcək.

NOCOMMENT xəbər verir ki, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun IV turunda Bakıda Yunanıstan “Olimpiakos”unu qəbul edəcək.

Tofiq Bəhramov adına Respublika stadionundakı görüş saat 20:45-də başlayacaq. Qarşılaşmanı Kreyq Pausonun başçılıq etdiyi ingiltərəli hakimlər briqadası idarə edəcək.

“Qarabağ” G qrupunda 6 xalla ikinci, hər üç oyunda məğlub olan Pirey təmsilçisi sıfır xalla sonuncu pillədədir. “Köhlən atlar” ən azı heç-heçə sayəsində qrup üçüncülüyünü və UEFA Konfrans Liqası üçün pley-offa vəsiqəni təmin edəcək.

Qrupun digər görüşündə 9 xala malik Almaniya “Frayburq”u Fransada “Nant”la üz-üzə gələcək. İlk iki pilləni rəsmiləşdirmək üçün qonaqlara bərabərlik də kifayət edəcək.

UEFA Avropa Liqası
Qrup mərhələsi, IV tur

20:45. “Qarabağ” (Azərbaycan) – “Olimpiakos” (Yunanıstan)

Baş hakim: Kreyq Pauson (İngiltərə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu