Qarabağ əlilinin pensiyası niyə kəsilib? – FOTOLARbackend

Qarabağ əlilinin pensiyası niyə kəsilib? – FOTOLAR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qəbələ rayonu Vəndam qəsəbəsinin sakini Aqil Həmzəyevin 2-ci qrup əlillik dərəcəsi ləğv edilib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə hit.az-a onun özü bildirib.

Aqil Həmzəyevin sözlərinə görə, o, 1994-cü ildə hərbi xidmətə çağırılıb. Əvvəl Müdafiə Nazirliyinin Qusar rayonundakı N saylı hərbi hissəsində, 1996 ci ildən isə Şəmkir korpusunun N saylı hərbi hissəsində xidmət keçib.

Şikayətçi daha sonra deyib: “1997-ci ilin aprel ayında xidmət keçdiyim tabor həyacan siqnalı ilə ayağa qaldırılmış və 1992-ci ildən etibarən erməni işğalı altında olan Qazax rayonunun Ağköynək kəndinin yaxınlığında Vəlixan adlanan meşə ərazisində yerləşən düşmən postunun məhv edilməsi və ərazinin azad olunması əmri verilib.

1997-ci il aprelin əvvəlindən başlayan döyüş əməliyyatinda iştirak etmişəm. Həmin ilin may ayının 5 də düşmən tərəfindən atılan mərmi nəticəsində sol ayağımın 2 barmağını mərmi aparmış və 3 cu barmağımı isə qırıb.

Məni Gəncə şəhərində yerləşən hərbi hospitala çatdırıblar. Orada mərmi aparmış barmaqların kök hissəsini amputasiya ediblər. Sınmış 3-cü barmağımı isə bitismək üçün sarıyıblar. Lakin həmin barmaq əyri bitişib. Hal hazırda da mənə böyük əziyyət verir.

1997-ci ilin oktyabr ayına kimi mən hospitalda müalicə olunmuşam və xidmətə yararsızlıqla ordudan tərxis edilmişəm”.

Aqil Həmzəyevin sözlərinə görə, o, xidməti döyüş əməliyyatını yerinə yetirərkən yaralandığı üçün ona 2-ci qrup əlillik dərəcəsi verilib: “Özü də müharibə əlili kimi qeydiyyata alınmışam. Lakin vətənin bütövlüyü uğrunda döyüşlərdə iştirak etməyimə və yaralanmağıma baxmayaraq, mənə müharibə veteranı vəsiqəsi verilməyib.

1998-ci ildən etibarən, mənə 2-ci qrup müharibə əlili kimi təqaüd təyin olunub. 2021-ci ildə isə təqaüdün verilməsi dayandırılıb. Həmin ildən 2023-cü ilə kimi dəfələrlə Qəbələ və Bakı şəhərində Əlillərin Bərpa Mərkəzində müxtəlif tibbi yoxlamalardan keçmişəm. Lakin bu günə qədər mənim haqqım bərpa olunmayıb”.