Qarabağ erməniləri kütləvi şəkildə Ermənistandan gedirbackend

Qarabağ erməniləri kütləvi şəkildə Ermənistandan gedir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Təqribən beş ay ərzində 7 min 825 Qarabağ ermənisi Ermənistanı tərk edib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə erməni Kütləvi İnformasiya Vasitələri məlumat yayıb. Bildirilib ki, hazırda Ermənistanda yaşayan Qarabağ ermənilərinin böyük hissəsi İrəvandan əlavə, 21 min 890 nəfər olmaqla, Kotayk vilayətində məskunlaşıb.

Qeyd edək ki, Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşayan ermənilər könüllü şəkildə Qarabağı tərk edərək, Ermənistana axın etməyə başlayıb.

Azərbaycan hökuməti Qarabağın dinc erməni əhalisinin təhlükəsizliyinə təminat verərək, onlara Azərbaycan vətəndaşlığını qəbul edərək, ərazidə qalmalarını təklif edib və onlar üçün hər cür şəraitin yaradılacağını vəd edib.