“Qarabağ ermənilərinə bu status veriləcək” – Paşinyanın iddialarının əsası varmı?backend

“Qarabağ ermənilərinə bu status veriləcək” – Paşinyanın iddialarının əsası varmı?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Hazırda Qarabağda Rusiya sülhməramlıları yerləşməkdədir və onların müddəti 2025-ci ilə qədərdir. Həm Ermənistanda, həm də Rusiyadakı müəyyən imperialist dairələr belə düşünürlər ki, Qarabağ guya Rusiyanın protektoratı olmalıdır. Ermənistan hakimiyyəti də 2020-ci ilin 44 günlük savaşından sonra sanki öz üzərindən yükü ataraq, Qarabağ məsələsini Rusiyanın məsuliyyətinə vermiş olub. Bu da açıq-aşkar görünür”.

NOCOMMENT.az xəbər verir ki, bu sözləri Yenisabah.az-a açıqlamasında siaysi şərhçi Oqtay Qasımov deyib.

O, Ermənistanın “Hraparak” nəşrinin iddiasına münasibət bildirib.

Xatırladaq ki, erməni nəşri iddia edib ki, guya Ermənistanın Baş naziri Nikol Paşinyan partiyadaşları ilə görüşdə Qarabağın Azərbaycanın tərkibinə verilməsi ilə bağlı 2 şərtinin oalcağını deyib. Qəzet vurğulayıb ki, Qarabağ ərazisi ya muxtariyyət şəklində Azərbaycanın suverenliyi daxilində olacaq, yaxud da Rusiya sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazi sonrakı perspektivdə Rusiyaya ilhaq oluna bilər.

Öz növbəsində, O.Qasımov söyləyib ki, “Hraparak” qəzeti Paşinyan iqtidarına müxalif yöndə olan bir qəzetdir və bəzən belə iddialarla çıxış edir:

“Bu iddiaların əksəriyyəti də çox vaxt doğru çıxmır. Düşünürəm ki, bu, sadəcə olaraq, Ermənistan cəmiyyətinə yönəlmiş müəyyən mesajlardır.

O ki qaldı Qarabağa hansısa statusun verilməsi məsələsinə, bununla bağlı Azərbaycanın mövqeyi birmənalıdır və bunu təkrar etməyə ehtiyac yoxdur. Qarabağda yaşayan ermənilər üçün status veriləcək və bu status da Azərbaycan Respublikasının vətəndaşı statusu olacaq. Yoxsa ki, hansısa ayrıca status, muxtariyyət və s. kimi statusun verilməsi nəzərdə tutulmur. Bu, mümkün də deyil, ən azından, Azərbaycan Konstitusiyası da buna icazə vermir”.

Analitik əlavə edib:

“Əgər status olmayacaqsa, bölgə Rusiyanın nəzarətinə veriləcək iddialarına gəldikdə isə elə bir şey ola bilməz. Çünki Azərbaycan beynəlxalq səviyyədə 86.6 min kv.km. ərazi ilə tanınıb və Azərbaycan öz torpaqlarında əlavə bir problemin yaranmasına, xüsusilə də onun bir hissəsinin hansısa bir ölkənin idarəçiliyi altında olmasına qəti şəkildə razı ola bilməz və bu, mümkün də deyil. Əksinə, hesab edirəm ki, bu il ərzində Qarabağda Azərbaycanın suveren hüquqları getdikcə daha çox möhkəmlənəcək və bütün Qarabağ ərazisinə yayılacaq. Hətta bölgədə qalmaqda olan 10 min nəfərə yaxın Ermənistan ordusunun qalıqları da ərazidən çıxarılacaq. Qarabağda bir dənə hüquq olacaqsa, bu da Azərbaycanın suveren hüquqlarının bərpası olacaq. Başqa cür heç bir şeyin olmasına imkan verməyəcəyik”.