Qarabağ ermənilərinə pul sanksiyası – limit tətbiq olundubackend

Qarabağ ermənilərinə pul sanksiyası – limit tətbiq olundu

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yanvarın 11-dən etibarən Qarabağdakı qondarma rejim nağd pul dövriyyəsinin tənzimlənməsi prosesinə bəzi dəyişikliklər edib.

NOCOMMENT musavat-a istinadən bildirir ki, Qarabağın ermənilər yaşayan hissəsində bankomatlar və POS-terminallar eyni ödəniş kartı ilə nağd pul çıxarılmasına limit təyin edəcək. Bu barədə “artsaxın informasiya qərargahı” adlı oyuncaq qurum məlumat yayıb.

“Xüsusən, Artsax Respublikasında mövcud olan bütün bankomatlarda və POS-terminallarda eyni ödəniş kartı ilə nağd pulun çıxarılması üzrə limit gündə 50 000 dram qədər məbləğdə müəyyən ediləcək.

Artsaxda fəaliyyət göstərən bankomatlar və POS-terminallar vasitəsilə istənilən bankın kartları üçün nağd pul çıxarmaq mümkün olacaq. Artsaxın Azərbaycan tərəfindən blokadaya alınması nəticəsində respublikada nağd pul dövriyyəsində problemlər yarandı. Əhali tərəfindən külli miqdarda vəsaitin çıxarılması nağd pul dövriyyəsinin azalmasına səbəb oldu. Operativ qərargahın iclasında dövlət naziri problemin həlli üçün tədbirlər görülməsi ilə bağlı göstəriş verib”, – deyə məlumatda bildirilib.

Beləliklə, separatçı rejim Qarabağdakı ermənilərin qaçıb aradan çıxmasının və Vardanyan-Arutyunyan rejimindən yaxa qurtarmasının qarşısını almaq üçün daha bir təzyiq metoduna əl atıb…