Qarabağ-ın Çempionlar Liqasında ilk rəqibi müəyyənləşirbackend

Qarabağ-ın Çempionlar Liqasında ilk rəqibi müəyyənləşir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinin püşkü atılacaq.

NOCOMMENT xəbər verir ki, Bakı vaxtı ilə saat 14:00-da başlayacaq püşkatmada Azərbaycan çempionu “Qarabağ”ın da rəqibi bəlli olacaq.

Komandalar püşkdən əvvəl qruplara bölünüb.

Səpələnmişlər səbətində yer alan “köhlən atlar” Bosniya və Herseqovinanın “Zrinski”, Polşanın “Lex”, Maltanın “Hibernians”, Şimali Makedoniyanın “Şkupi” və Gürcüstanın “Dinamo” (Batumi) komandalarından birinə rəqib olacaq.

1-ci qrup

Səpələnmişlər
“Lüdoqorets” (Bolqarıstan)
ÇFR (Rumıniya)
“Ferentsvaroş” (Macarıstan)
“Maribor” (Sloveniya)
“Düdelanj” (Lüksemburq)

Səpələnməmişlər
“Sutyeska” (Monteneqro)
“Şaxtyor” (Soliqorsk, Belarus)
“Tobol” (Qazaxıstan)
“Pünik” (Ermənistan)
“Tirana” (Albaniya)

2-ci qrup

Səpələnmişlər
“Malmö” (İsveç)
“Budye Qlimt” (Norveç)
HIK (Finlandiya
TNS (Uels)
“Jalgiris” (Litva)

Səpələnməmişlər
“Linfild” (Şimali İrlandiya)
“Klasksvik” (Farer adaları)
İlkin mərhələnin qalibi
RFŞ (Latviya)
“Balikani” (Kosovo)

3-cü qrup

Səpələnmişlər
“Qarabağ” (Azərbaycan)
“Şerif” (Moldova)
“Slovan” (Bratislava, Slovakiya)
“Linkoln” (Cəbəllütariq)
“Şemrok Rovers” (İrlandiya)

Səpələnməmişlər
“Zrinski” (Bosniya və Herseqovina)
“Lex” (Polşa)
“Hibernians” (Malta)
“Şkupi” (Şimali Makedoniya)
“Dinamo” (Batumi, Gürcüstan).