“Qarabağ”ın əsas qapıçısı əməliyyat olunacaqbackend

“Qarabağ”ın əsas qapıçısı əməliyyat olunacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” klubunun və Azərbaycan millisinin qapıçısı Şahruddin Məhəmmədəliyev əməliyyat olunacaq.

Bu barədə “Report”a Ağdam təmsilçisinin Mətbuat Xidmətinin rəhbəri Gündüz Abbaszadə məlumat verib.

Onun sözlərinə görə, 27 yaşlı qolkiper qolundakı problem ucbatında cərrahi müdaxiləyə ehtiyac duyub. Məhəmmədəliyevin yaşıl meydanlara nə vaxt qayıdacağı hələlik bəlli deyil.

Qeyd edək ki, daha əvvəl “köhlən atlar”ın digər qapıçısı Emil Balayev Almaniyada əməliyyat edilib. Onun yanvarın ortalarında sıraya dönəcəyi gözlənilir.