Qarabağ-ın oyununda dronla təxribat edənlərdən biri məhv edildibackend

Qarabağ-ın oyununda dronla təxribat edənlərdən biri məhv edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağda Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilən düşmən əsgərlərinin arasında ötən il “Düdelanj” – “Qarabağ” oyunu zamanı təxribata əl atan erməni də olub.

NOCOMMENT yeniavaz.com-a istinadən xəbər verir ki, Avropada yaşayan ermənilər tərəfindən qurulan “First Armenian Front” (FAF) adlı azarkeş qrupunun liderlərindən biri olan Aris Stepanyan işğal altında olan Azərbaycan ərazilərinə gələrək Ordumuza qarşı döyüşlərdə iştirak edib.

Qeyd edək ki, Azərbaycan Ordusu tərəfindən məhv edilən Aris Stepanyan ötən ilin oktyabr ayının 3-də Avroliqanın 2-ci turu çərçivəsində Lüksenburqda baş tutan “Düdelanj” – “Qarabağ” oyununda stadiona dron vasitəsilə seperatçı Dağlıq Qarabağ rejiminin bayrağı endirməyə cəhd edən şəxslərdən biri olub.