“Qarabağ”ın prezidenti Tahir Gözel Avropa Liqasının 1/8 final mərhələsində Almaniyanın “Bayer” klubuna rəqib olmaları barədə danışıb.
NOCOMMENT.az Apasport.az-a istinadən xəbər verir ki,o, bu barədə klubun mətbuat xidmətinə açıqlama verib.
“Son ana qədər “Slaviya” (Çexiya) ilə düşəcəyimizə ümid edirdim. Ancaq “Bayer 04” ilə üz-üzə gələcəyik. Rekordlar qıran yenilməz komandadır. Bu mövsüm ən üst səviyyədə çıxış edirlər. Çətin oyun olacaq. Amma biz onları tanıyırıq və təcrübəmiz var. “Qarabağ”ın möhtəşəm qələbəsi bizi ruhlandırıb”, – klub prezidenti qeyd edib.