“Qarabağ”ın rəqibi aparıcı oyunçularla vidalaşa bilərbackend

“Qarabağ”ın rəqibi aparıcı oyunçularla vidalaşa bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ”ın UEFA Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan Fransanın “Marsel” klubu qış fasiləsində 2 aparıcı oyunçusu ilə vidalaşa bilər.

“NOCOMMENT” Report-a istinadən xəbər verir ki, qapıçı Stiv Mandanda və hücumçu Arkadiuş Milik Liqa 1 təmsilçisindən ayrılmaq istəyir.

36 yaşlı fransalı qolkiperin ehtiyatda qaldığı, polşalı forvardın isə İtaliya “Yuventus”unun maraq dairəsinə düşdüyü üçün komandanı tərk edə biləcəyi gözlənilir.

Qeyd edək ki, “Qarabağ” “Marsel”lə ilk oyununu 2022-ci il fevralın 17-də səfərdə, cavab matçını isə bir həftə sonra Bakıda keçirəcək. Qarşılaşmalar müvafiq olaraq Bakı vaxtı ilə saat 00:00 və 21:45-də başlayacaq.