“Qarabağ” “Lex”i darmadağın ETDİbackend

“Qarabağ” “Lex”i darmadağın ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycanı Çempionlar Liqasında təmsil edən “Qarabağ” birinci təsnifat mərhələsində cavab matçına çıxıb.

NOCOMMENT.az xəbər verir ki, Ağdam təmsilçisi ilk görüşdə Polşada 0:1 hesabı ilə uduzduğu “Lex”i qəbul edib.

Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma Qurban Qurbanovun komandası üçün uğursuz başlayıb. Belə ki, qonaqlar 20-ci saniyədə hesabı açıb. Buna baxmayaraq, Azərbaycan çempionu rəqibini darmadağın etməyi bacarıb. “Qarabağ” “Lex”i 5:1 hesabı ilə məğlub edərək növbəti mərhələyə adlayıb.

Qeyd edək ki, Ağdam təmsilçisi ÇL-in ikinci təsnifat mərhələsində İsveçrə çempionu “Sürix”lə qarşılaşacaq.