Qarabağ müharibəsi Avropanı DƏHŞƏTƏ GƏTİRİB: Hərbi strategiyada dəyişiklikbackend

Qarabağ müharibəsi Avropanı DƏHŞƏTƏ GƏTİRİB: Hərbi strategiyada dəyişiklik

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Vətən müharibəsində müharibəsində Ermənistana ağır zərbələr endirən və döyüşün gedişatına ciddi təsir edən “Bayraktar”lar Avropa ölkələrini hərbi strategiyada dəyişiklik etməyə məcbur edib.

NOCOMMENT.az xəbər verir ki, İngiltərə “Bayraktar”lara elçi düşüb.

İngiltərənin Müdafiə naziri Ben Uollas bildirib ki, Türkiyə SİHA-ları müasir müharibədə çığır açan silahlardır.

O, ABŞ-dan “Protector”lar almaq əvəzinə Türkiyədə “Bayraktar” almaq istədiklərini qeyd edib.

O, həmçinin Dağlıq Qarabağda istifadə olunan “Bayraktar”ın artıq müharibələrin gedişatını dəyişdirdiyini və kiçik ölçüsü, asan istifadəsi və ucuzluğu səbəbindən ona üstünlük verildiyini qeyd edib.

Almaniya isə böyük həcmli pilotsuz təyyarələrə üstünlük verdiyi üçün peşmandır. Artıq alman müdafiə sənayesi kiçik çaplı pilotsuz təyyarələrin istehsalına yenidən başlamaq üzərində müzakirə aparır.

Sözcü qəzeti yazır ki, Qərb mütəxəssisləri Dağlıq Qarabağ müharibəsini pilotsuz təyyarələrin nəticəni həll edən ilk müharibə kimi dəyərləndirirlər.

Publika.az