Bu axşam UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunları çərçivəsində Azərbaycan təmsilçisi “Qarabağ” İngiltərənin “Nyukasl” klubu ilə qarşılaşacaq.
NOCOMMENT.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 21:45-də başlayacaq.
Tərəflər arasında cavab matçı fevralın 25-də İngiltərədə baş tutacaq. Bu cütün qalibi 1/8 final mərhələsində “Çelsi” və ya “Barselona” ilə qarşılaşacaq.
***
Komandaların start heyətləri açıqlanıb:
“Qarabağ”: Mateuş Koxalski, Mateus Silva, Bəhlul Mustafazadə, Kevin Medina, Elvin Cəfərquliyev, Pedro Bikalyo, Marko Yankoviç, Leandro Andrade, Coni Montiel, Abdullah Zubir (k), Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov.
“Nyukasl”: Nik Poup, Lyois Holl, Den Bern, Malik Tşau, Kiran Tripper (k), Co Uillok, Nik Voltemade, Sandro Tonali, Xavri Barns, Entoni Qordon, Antoni Elanqa.
Baş məşqçi: Eddi Hau.
***
3-cü dəqiqədə E.Qordon hesabı açır.
***
8-ci dəqiqədə Malik Tyau hesab arasında fərqi artırır.












