“Qarabağ” pley-offa yüksəldibackend

“Qarabağ” pley-offa yüksəldi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” avrokuboklarda növbəti matçına çıxıb.

NOCOMMENT.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının vitse-çempionu Konfrans Liqasının III təsnifat mərhələsinin cavab görüşündə Kiprin AEL klubunu sınağa çəkib. Gərgin mübarizə şəraitində keçən qarşılaşmanın taleyi matçın sonlarında həll olunub.

Hakimin final fitinə 3 dəqiqə qalmış fərqlənən yeni transfer Kadi Borqes “Qarabağ”a çətin qələbə qazandırıb. Bu, ağdamlıları ardıcıl 9-cu dəfə avrokubokların pley-offuna daşıyıb.

Qeyd edək ki, pley-off mərhələsinə gələn həftə start veriləcək. “Qarabağ” “Aberdin” (Şotlandiya) – “Breydablik” (İslandiya) cütünün qalibi ilə görüşəcək. Avqustun 19-dakı matç Bakıda, ayın 26-dakı görüş səfərdə keçiriləcək.