“Qarabağ” qapıçı Fabiyan Buntiçi transfer edibbackend

“Qarabağ” qapıçı Fabiyan Buntiçi transfer edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan çempionu “Qarabağ” ilk transferini reallaşdırıb.

NOCOMMENT.az Apasport.az-a istinadən xəbər verir ki,qapıçı Fabiyan Buntiç heyətə cəlb edilib.

Ağdam təmsilçisi Almaniya vətəndaşlığına malik 27 yaşlı xorvat qolkiper arasında üç illik müqavilə imzalanıb. Yeni transfer 2027-ci ilin yayına qədər komandada çıxış edəcək.

Buntiçin son klubu 2022-ci ildən şərəfini qoruduğu Portuqaliya təmsilçisi “Vizela” olub. O, bunadək karyerasına başladığı Almaniyanın “İnqolştadt” klubunda forma geyinib.

Qeyd edək ki, “Qarabağ”ın yeni qapıçısı Xorvatiyanın U-18 və U-19 milli komandalarında da oynayıb.