Qarabağ qazisi intihar etdibackend

Qarabağ qazisi intihar etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qarabağ qazisi, əslən Cəbrayıl rayonundan olan Rövşən Məmmədov intihar edib.

NOCOMMENT xəbər verir ki, bu məlumatı Qarabağ qazisi Rey Kərimoğlu yayıb.

“Rövşən Məmmədov 25 ildir ala bilmədiyi sığorta pulunu almaq üçün sonuncu dəfə “Azərsığorta”ya gedib. Verməyiblər. Orada əsəbləşib və gedib özünü asıb! Konkret kasıbçılıqdan intihar edib! Qazilər arasında köhnə, təzə qazi, 1-ci və ya 2-ci müharibə ayrı-seçkiliyini dərhal dayandırmaq lazımdır!”, – deyə jurnalist bildirib.